Koronavirusla bağlı SON STATİSTİKA

  • By admin
  • 23 İyun 2020 10:18

Dünyada 9 192 712 nəfərdə koronavirus aşkar edilib.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-ın onlayn statistikasındaqeyd olunur.

Virusa yoluxan 474 445 nəfər ölüb, 4 939 382 nəfər sağalıb.

Dünya dövlətləri arasında koronavirusa ən çox yoluxma ardıcıl olaraq, ABŞ (2 388 153 nəfər), Braziliya (1 111 348 nəfər), Rusiya (592 280 nəfər), Hindistan (440 685 nəfər), Böyük Britaniyada (305 289 nəfər) müşahidə olunur.

Siyahıda İran (207 525) 10-cu, Türkiyə (188 897) 12-cidir.

Ermənistanda 20 588, Gürcüstanda 908 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirus 13 207 nəfərdə aşkar edilib. Onların 161-i ölüb, 7168-i sağalıb.

Gununsesi.org