Gununsesi.info xəbər verir ki, onun səhhətinin bu gün saxlanıldıqdan sonra pisləşdiyi bildirilir.
“Robert Köçəryan zəruri tibbi müayinədən keçdikdən sonra məhkəməyə təqdim olunacaq”, – Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatında deyilir.
Bu gün saxlanılan sabiq prezident və onun böyük oğlu Sedrakdan başqa, 1999-2009-cu illərdə hökumət bağlarının təsərrüfat müdiri vəzifəsində çalışmış A.V. və onun ailə üzvləri barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər təqdim olunub.
Qeyd edək ki, Köçəryan ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlakların əldə edilməsində ittiham olunur.











