Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşma proqramını təsdiqlədi

  • Müəllif: Firuzə
  • 25 Avqust 2026 22:16

Ermənistan parlamenti hökumətin Azərbaycanla sülhün möhkəmləndirilməsini və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan 5 illik proqramını təsdiqləyib.

Gununsesi.info-nun xəbərinə görə, iyunda keçirilən seçkilərdə qalib gələn Nikol Paşinyan hökumətinin “Real Ermənistan” konsepsiyası əsasında hazırladığı 2026–2031-ci illər proqramı parlamentdə səsverməyə çıxarılıb.

Proqram 63 deputatın lehinə, 24 deputatın isə əleyhinə səs verməsi ilə qəbul edilib.

Proqramda əsasən aşağıdakı məsələlər nəzərdə tutulur:

1)Azərbaycanla əldə edilmiş sülhün möhkəmləndirilməsi və daha yüksək
səviyyədə institusionallaşdırılması;

2)Türkiyə ilə diplomatik münasibətlərin qurulması;

3)Region ölkələri ilə münasibətlərin normallaşdırılması.

Proqramda Ermənistanın “balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət” xəttini davam etdirəcəyi bildirilir.

Bundan başqa, proqramda Avropa İttifaqı və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, Rusiya ilə münasibətlərin dəyişdirilməsi və inkişaf etdirilməsi, İran, Çin və Hindistanla əlaqələrin gücləndirilməsi, sülh və təhlükəsizliyin qorunması kimi hədəflər də yer alır.

Gununsesi.info