Pakistanda xəstəxanada yanğın: 15 körpə həlak oldu

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 09:41

Pakistanda xəstəxananın ginekologiya şöbəsinin yenidoğulmuşlar bölməsində baş verən yanğın nəticəsində azı 15 körpə həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Məlumata görə, hadisə baş verən zaman şöbədə ümumilikdə 16 yeni doğulmuş körpə olub.

İlkin məlumata əsasən, yanğın kondisionerin kompressorunun partlamasından sonra başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra müəyyənləşdiriləcək.

Gununsesi.info