Qırğızıstanda on minlərlə insan təxliyə olundu

  • By admin
  • 18 Sentyabr 2022 13:31

Son iki gün ərzində toqquşmaların baş verdiyi Tacikistanla sərhədə yaxın ərazidə yaşayan Qırğızıstan vətəndaşlarının təxliyəsi prosesi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev bildirib.

O deyib ki, evakuasiya prosesinin başa çatıb:

“Biz demək olar ki, bütün əhalini təxliyə etdik. Ərazilərdə yalnız evlərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərdən yaradılan könüllü xalq dəstələri qalıb. Qadınlar, uşaqlar, qocalar isə artıq təxliyə edilib”.

Onun sözlərinə görə, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə olunub.

Gununsesi.info