Qırğızıstanda zəlzələ baş verib

  • By admin
  • 10 Fevral 2023 11:42

Qırğızıstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bundan əvvəl, yanvarın 27-də Qırğızıstanda 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə Qazaxıstanla sərhəd yaxınlığında baş verib.

Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada 7,7 bal gücündə zəlzələ baş verib. Minlərlə insan həlak olub, hələ də dağıntılar altında qalanlar var. O vaxtdan bəri xilasetmə işləri dayanmayıb. Bölgədə vaxtaşırı daha kiçik maqnitudalı yeni zəlzələlər qeydə alınır.

Gununsesi.info