“Qırmızı Kitab”dakı quşu istismar etməkdə təqsirləndirilir…

  • By admin
  • 12 Mart 2021 21:53

Ukraynanı “Eurovision”da təmsil edəcək elektrofolk qrupu “Go-A” “Qırmızı Kitab”a düşən bir quşu istismar edib.

Gununesi.info  xəbər verir ki, bu barədə “Uanimals” heyvanları qoruma ictimai təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, ifaçıların müsabiqə üçün hazırladığı klipdə uzun ayaqlı çovğun quşuna yer verilib. Bildirilib ki, bənzərsiz quş qanunsuz şəkildə saxlanılır: “Videonu izləyənlər quşun qayışlarının olduğunu görə bilərlər. Bu, uzun müddət əsirlikdə saxlanılan quşlar üçün tipikdir, heyvanın davranışı onun əsirlikdə olduğunu göstərir”.

Gununsesi.info