Qiyam nəticəsində şəhid olanlar son mənzilə yola salınır -Türkiyədə

  • By admin
  • 17 İyul 2016 16:38

raccab

İstanbuldakı Fatih məscidində 7 şəhidin cənazə namazı qılınıb.

Gununsesi.info xəbər verir ki, Türkiyədə baş verən qiyam nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.

Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub.

Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır. Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

Qeyd edək ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci Prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq Baş nazir Əhməd Davudoğlu İstanbuldakı cənazə namazının qılınmasında iştirak ediblər.

Şəhidlərin son mənzilə yola salınması mərasimi Ankarada və digər şəhərlərdə də davam edir.

Allah rəhmət etsin!

Günunsesi.info