Qiyməti o qədər bahadır ki, həmin məbləği verməyə hazır olan yoxdur

  • By admin
  • 21 Noyabr 2020 16:46

İspaniyanın “Real” klubu futbolçusu İskonun transfer qiymətini müəyyənləşdirib.

Gununsesi.org apasport.az-a istinadla bildirir ki, Madrid təmsilçisi futbolçunu 70 milyon avroya satmağı planlaşdırır.

Bu vəsait klubun maliyyə problemlərini qismən həll etməlidir. Lakin hələlik bu məbləği verməyə hazır olan komanda yoxdur. İngiltərə “Everton”u İskonu heyətində görmək istəsə də, Premyer Liqa təmsilçisi 30-40 milyon avro verməyə razıdır.

Gununsesi.org