Qızıl 6 dollaradək bahalaşıb

  • Müəllif: admin
  • 02 Dekabr 2017 10:39

Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 24 231,59 bəndədək, S&P 500 0,20% – 2 642,22 bəndədək, NASDAQ isə 0,38% – 6 847,59 bəndədək ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% – 7 300,49 bəndədək, Almaniya DAX-ı 1,25% – 12 861,49 bəndədək, Fransa CAC-40-ı isə 1,04% – 5 316,89 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,60 dollar bahalaşaraq 1 282,30 dollara, gümüşün qiyməti isə 0,09 dollar azalaraq 16,39 dollara çatıb.