Qızıl mədəninə basqın olub GƏDƏBƏYDƏ

  • By admin
  • 29 Sentyabr 2016 10:40
qizil 
Hadisə Gədəbəy rayonunda baş verib. 
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hücum zamanı qızıl mədəninin işçisi döyülüb.
Gədəbəy Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, rayon sakini, 50 yaşlı Ariz İbrahimov işlədiyi qızıl mədənindən çıxıb evə gedərkən bir qrup şəxsin hücumuna məruz qalıb. Nəticədə ağır xəsarətlər alan A. İbrahimov Gəncə Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Gununsesi.info