Qobustanda bir ailənin dörd üzvü zəhərləndi

  • Müəllif: Firuzə
  • 21 Aprel 2026 11:14

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Gununsesi.info Azərtac-a istinadla xəbər verir ki, rayon sakinləri – 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info