Qocalan dərinin tək çarəsi

  • By admin
  • 26 İyul 2017 19:13

yagli deri
Hər zaman gənc görünmək, sağlam dəriyə sahib olmaq üçün baxım mütləqdir. Xanımların əksəriyyəti isə çox vaxt dərinin sallanmasından şikayət edirlər.

Gununsesi.info xarici KİV-ə istinadən sallanan dəriyə kömək edəcək maska təqdim edir.

Bunun üçün sarıkökdən istifadə etmək məsləhətdir.

1 çay qaşığı sarıkökü 1 qəhvə qaşığı bal ilə qarışdırın və üzünüzə sürtün. Bunu həftədə bir dəfə təkrarlayın.

Qısa vaxt içində ləkələrin azalmasının və qırışların yox olmasının şahidi olacaqsınız.

Gununsesi.info