Qocalar evində rəzalət - 90 YAŞLI YATAQ XƏSTƏSİ QADINA TƏCAVÜZ ETDİLƏR

  • By admin
  • 05 Yanvar 2018 12:36

Qocalar evində 90 yaşlı yataq xəstəsi qadına təcavüz etdilər.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, qocalar evinə girən 24 yaşlı Ceyk Moris müəssisədən oğurluq etmək istəyib. Belə ki, gecə saatlarında palataları gəzən oğru televizor, telefon, dəyərli aksesuarları və müəyyən məbləğdə pulu oğurladıqdan sonra dementia xəstəliyindən əziyyət çəkən 90 yaşlı qadının otağına girib.

Qadının barmağındakı üzüyü çıxartmaq istəyən oğlan qadının hərəkət edə bilməməsindən istifadə edərək ona təcavüz edib.

Hadisə ilə bağlı polisə şikayət ərizəsi verilib. Təhlükəsizlik kameraları vasitəsilə onun kimliyi təsbit edilib və saxlanılıb.

Polisə ifadəsində törətdiyi cinayəti inkar edən 24 yaşlı Ceyk daha sonra qadına təcavüz etdiyini etiraf edib.

Köməksiz qadına qarşı əxlaqsız davranışına və oğurluğa görə məhkəmə Ceyk Morisi 6 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Gununsesi.info