Qocalıq yaşının artırılması ilə büdcə nə qədər qazanacaq? - Təhlil

  • By admin
  • 01 Mart 2017 15:29

pensiya

Milli Məclisin (MM) yaz sessiyasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəyə çıxarılması bir sıra narazılıqlara gətirib çıxarıb.

Qeyd edək ki, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Dəyişiklik layihəsinə əsasən, hakimlərin pensiyaya çıxmaq üçün tələb olunan iş stajının müddəti 5 ildən 15 ilə, prokurorların pensiyaya çıxmaq üçün iş stajı müddəti isə 25 ildən 35 ilə qaldırılır. Digər dəyişikliyiə görə, əmək pensiyalarının baza hissəsi ləğv olunacaq. Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.

Azərbaycanda orta yaş həddinin dünya ölkələri ilə müqayisədə aşağı olduğunu (“Statkom”a görə orta uzun ömürlülük 75 yaşdır) nəzərə alsaq, narazılıqların əsaslı olduğunu görərik.

Gununsesi.info uzunömürlülüklə bağlı apardığı  kiçik bir araşdırmadan məlum olur ki, 2011-ci ildən bəri uzunömürlülərin sayında azalma müşahidə olunmaqdadır. Belə ki, əhalinin tərkibində 70 və ondan yuxarı yaşında insanların sayı aşağıdakı kimi dəyişib:

2011-ci ildə  406.8 min nəfər

2012-ci ildə  408.4 min nəfər

2013-cü ildə 401.8 imin nəfər

2014-cü ildə 390 min nəfər

2015-ci ildə 380.3 min nəfər

2016-ci ildə 375 min nəfər

Dövlət Statistika Komitəsinin məlumatından da görünür ki, Azərbaycanda 70 yaşından yuxarı yaşayan insanların sayı əhalinin ümumi tərkibinə 4.4 faizdən 3.9 faizə (2011-2016) düşüb. Pensiya yaşı atracağı halda, 65 yaşından yuxarı insanlar ömrünün yalnız 5-6 ilinin təqaüd almağa yetəcək. Əlbəttə, illərlə ağır iş saatı işləyərək dövlətin vergiləri, sosial sığorta ödənişləri ilə yüklənmiş vətəndaşları bu qərar razı sala bilməz.

Ümumiyyətlə, keçmiş SSRİ ölkələrinin 6-sında 2021-2026 –ci ilə qədər mütəmadi olaraq, pensiya yaş həddinin artırılması ilə bağlı islahatların aparılmasına qərar verilib. Bunun da əsas səbəbi işləyənlərdən gələn sığorta gəlirləri pensiyaların ödənməsinə yetməməsidir.

Həmin ölkələr hansılardır?

1.Ukrayna 2021-ci ilə qədər qadınların pensiya yaşı 55-dən 60-a, kişilərinki isə dövlət qulluqçuları üçün 60-dan 62-yə qaldıracaq.

2.Rusiyada hazırda 60 yaşdır və 2021-ci ilə qədər 65-ə qədər qaldırılması müzakirə olunur.

3.Estoniya-da ötən il qadınlar 63, kişilər 65 yaşa qaldırılıb. 2026-ci ilə qədər hər iki cinsin nümayəndələri üçün 65 yaşa qaldırılacaq.

4.Latviya ötən il ötən il 65 yaşa qaldırdı.5.Azərbaycan hazırda qadınlar 60, kişilər 63 yaşdan sorna pensiya çıxırlar.

Göründüyü kimi, bu dövlətlərdə məsələ heç də əhalinin orta yaş həddinin artmasıdır. Əksinə. Sadəcə olaraq, işləyən şəxslərin büdcəyə ödədikləri vergilərin həcminin az olması hökuməti büdcənin bəzi yüklərdən azad olunmasına vadar edir. Məsələn, bu gün Azərbaycanda 55-59 yaş arasında insanların sayı 580 min nəfər civarinda dəyşir və 2017-2021-ci ildən sonra onların hamısı potensial pensiyaçı sayıla bilərdi. Lakın pensiya yaşının 65-ə qaldırılması ilə Dövlət Sosial Müdafiə Fondu bu qədər vətəndaşa pensiya ödəmək yükündən azad olacaq. 2021-ci ildən sonra isə onların sayı 250-300 min nəfərə qədər düşəcəyi proqnozlaşdırılır və burada qazanan tərəf isə yalnız dövlət olur.

Avropa dövlətlərində də pensiya yaş həddi mütəmadi olaraq artırılır. Orada artımın əsas kökündə isə yeni doğulanların sayının kəskin aşağı düşməsi, orta ömrün isə yüksəlməsidir.

Ümumiyyətlə, son illər səhiyyənin inkişafi nəticəsində insan ömrünün uzanması inkişaf etmiş və inkişaf etməkdə olan dövlət üçün əlavə social problemlər yaradıb. Xüsusilə, inkişaf etmiş ölkələrdə yeni doğulanların artım əmsalı ilə orta ömrün artım əmsalı arasında mənfi saldonun olması hökumətləri pensiya yaşları ilə bağlı kəskin islahatlar aparmasına vadar edir. Lakin Azərbaycan hələ ki, kəskin demoqrafik ölkələr sırasında olmadığından, pensiya yaşı ilə  bağlı islahatlar tənqid hədəfinə tuş gəlir.

Vüsalə Rüstəmova

Gununsesi.info