Qonşu ölkədə idman zallarının və üzgüçülük hovuzlarının fəaliyyətinə icazə verildi

  • By admin
  • 06 İyul 2020 17:02

Gürcüstan hökumətinin qərarına əsasən, koronavirus pandemiyası səbəbindən işi dayandırılmış üzgüçülük hovuzlarının və idman salonlarının fəaliyyətə başlamasına icazə verilib.

Gununsei.org xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Mətbuat xidməti əlavə edib ki, qapalı məkanlarda konfrans və təlimlərin keçirilməsinə, həmçinin, attraksionların açılmasına da icazə verilir.

 

 

Gununsei.org