Qonşusuna hücum etdi, qulaqlarını kəsdi - ŞOK FOTOLAR (YENİLƏNİB)

  • By admin
  • 28 May 2016 13:56

Fotolar Lerik 4

 Lerikdə tükürpədici hadisə baş verib. Gununsesi.info xəbər verir ki, evə basqın edən naməlum şəxslər 72 yaşlı ataya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib onun 42 yaşlı oğlunun isə qulaqlarını kəsiblər. Hadisə bu gün saat 04.00 radələrində rayonun Veri kəndində baş verib. Naməlum şəxs və ya şəxslər kənd sakini, 72 yaşlı  Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edib. Hücum edən bir qrup şəxs ahıl Hüseyn İsiyeva balta ilə xəsarət yetirdikdən sonar onun  oğlu, 42 yaşlı Rəfael İsiyevin hər iki qulağını balta ilə kəsiblər. Xəsarət alan ata və bala  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkmiş şəxslərin sözlərinə görə, onlara hücum edənlər qohumları – Zamin, Şahrza, Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olub. Adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.Hadisənin dəqiq səbəbləri araşdırılır.

Gununsesi.info

Fotolar Lerik 9

 

Fotolar Lerik 10

 

Fotolar Lerik 6

 

Fotolar Lerik 5

 

Fotolar Lerik 8

 

Fotolar Lerik 0

 

Fotolar Lerik 1

 

Lerik Fotolar

 

Fotolar Lerik 9

 

Fotolar Lerik 4