Qonşusunun evini qarət edən şəxs saxlanılıb

  • By admin
  • 08 Oktyabr 2016 09:50

yardim

Yardımlıda həmkəndlisinin evini qarət edən şəxs saxlanılıb. O,evə gizli yolla daxil olaraq 600 manat pul oğurlamaqda təqsirli bilnir.

Gununsesi.info xəbər verir ki, oğurluq hadisəsi Yardımlı rayonunun Zevin kəndində baş verib. Kənd sakini Nizami Əlişov, rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Şöbə əməkdaşlarının apardıqları əməliyyat axtarış  tədbirləri nəticəsində,hadisəni törətməkdə şüphəli bilinən  kənd sakini Mirqasım Qədirov saxlanılıb. Dindirilmə zamanı oğurluq etməkdə şübhəli bilinən Mirqasım, törətdiyi əməli etiraf edib.O,evə pəncərəni sındrımaq yolu ilə daxil olaraq 600 manat pul götürdüyünü deyib.Əldə etdiyi pulu isə Bakı şəhərinə gedərək xərcləyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilənən Mirqasım Qədirov u,ən azı 3,ən çoxu isə 7 ilə qədər həps cəzası  gözləyir.

Gununsesi.info