“Sədərək”də sərnişin avtobusu yandı

  • By admin
  • 08 Oktyabr 2016 10:00

yang

“Sədərək” ticarət mərkəzinin yaxınlığında səhər saatlarında sərnişin avtobusu yanıb.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, bu haqda hadisə şahidi məlumat verib.
O qeyd edib ki, hadisə yerinə iki yanğınsöndürən maşını və bir təcili tibbi yardım maşını gəlib.
“Hadisə Binəyə gedən yolda səhər 08.30 radələrində baş verib. Avtobusun külü qalmışdı, hətta nömrəsi də yanmışdı”, – o bildirib.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan yoxdur.

Gununsesi.info