Qoşulmama Hərəkatının Bakı Bəyannaməsi qəbul edildi

  • By admin
  • 30 İyun 2022 12:21

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında Bakı Bəyannaməsi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qaydaları haqqında Xartiya qəbul edilib”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının açılış mərasimində deyib.

Bundan başqa, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rəsmi loqosu və bayrağı təsdiq edilib.

Gununsesi.info