Qrup halında narkotik qəbul edən şəxslər tutuldu

  • By admin
  • 13 Oktyabr 2022 10:42
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bu barədə Gununsesi.info-ya DİN-nin şöbə rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, Siyavuş Bayramov barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.
Digər şəxslər – 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-cı il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
https://www.youtube.com/watch?v=weyEUDf2ENw
Gununsesi.info