Qubada baş tutan “Açıq mikrofon” aksiyasında ümumilikdə 15 müraciət ünvanlandı - FOTOLAR

  • By admin
  • 06 Dekabr 2022 19:08

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Quba rayonunda qurulub.

Sakinlər qaz təchizatında üzləşdikləri problemləri mikrofon önündə səsləndiriblər. Aksiya iştirakçılarından Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçinin quraşdırılmasını xahiş edib. “Açıq mikrofon”da ünvanlanan 6 müraciət eyniməqsədli olub ki , bu da Quba rayonundakı yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib.

Aksiya zamanı səsləndirilən bütün müraciətlər Xaçmaz RQİİ-nin səlahiyyətli nümayəndələri tərəfindən dinlənilərək qeydiyyatı aparılıb.

Gununsesi.info