Qubada külək beşmərtəbəli binanın damını uçurub, 5 maşına ziyan dəyib - FOTOLAR

  • By admin
  • 17 May 2020 19:55

Qubada külək bir sıra fəsadlar törədib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

 

 

Gununsesi.org