Qucaqlaşmağın insan həyatına möcüzəvi təsirləri

  • By admin
  • 19 İyul 2017 14:46

Love-Hug

Bizi neqativ şeylər deyil, yaxşılıq və gözəllik xilas edəcək. Məsələn, qucaqlaşmaq. Çünki həyatımız bu gözəl hərəkət ilə bir anda dəyişə bilir.

Gununsesi.info qucaqlaşmağın faydalarını və insan orqanizminə möcüzəvi təsirlərini təqdim edir.

Oksitosini artırır

596f00052269a239e05016b2

 

Oksitosin insanlar arasındakı bağları qüvvətləndirən və xoşbəxtlik yaradan hormonlardan biridir. Qucaqlaşma zamanı orqanizm oksitosin hormonu ifraz etməyə başlayır. Nəticədə insan özünü daha yaxşı və daha xoşbəxt hiss edir. Bu hormon, eyni zamanda, immuniteti gücləndirir. Nəticədə orqanizm infeksiyon xəstəliklərə qarşı mübarizədə daha güclü olur.

 

Güclü münasibətlər üçün zəmin yaradır

596f00152269a239e05016b6
Birini qucaqladığımız zaman onunla daha səmimi və daha möhkəm münasibət qurmağa başlayırıq. Bunun səbəbi yuxarıda qeyd etdiyimiz oksitosindir. Qucaqlaşma ilə əlaqələr daha da möhkəmlənməyə başlayır.

 

Ağrını azaldır

596f000c2269a239e05016b4

Qucaqlaşmaq insan orqanizminə birbaşa təsir edir. O, ağrını azaldır. Məsələn, yaxınımızın bir yeri ağrıyanda həmin yeri əlimizlə ovuşduraraq ağrını azaldırıq. Qucaqlamaq da, bir növ, “müalicə üsulu”dur.

 

Qan təzyiqini yaxşılaşdırır

596f00282269a239e05016ba

Elmi cəhətdən sübüt olunub ki, qucaqlaşdıqdan sonra qan təzyiqi yaxşılaşır. Bunun səbəbi sinirlərin hərəkətə keçərək beyinə siqnal göndərməsidir. Nəticədə bədən sakitləşir.

 

Stressi azaldır

596f001d2269a239e05016b8

Qucaqlaşmaq stress və əsəb xəstəliklərini aradan qaldırır. Nəticədə insan pozitiv şeylər barəsində düşünməyə başlayır. Pozitiv düşüncə isə stressi məhv edir.

 

Ürək xəstəliklərinə tutulma riskini azaldır

596f00302269a239e05016bc

Qucaqlaşan zaman ifraz olunan oksitosin hormonunun faydaları yuxarıda sadaladıqlarımızla bitmir. O, həmçinin, ürək xəstəliklərinə tutulma riskini də aşağı salır. 2009-cu ildə Amerikan Psixosomatik Dərnəyinin apardığı araşdırmaya əsasən isbat olunmuşdur ki, problemli mövzular barəsində danışmazdan əvvəl 290 saniyə qucaqlaşan cütlüklərin qan təzyiqi və ürək ritmi normaya düşür.

 

Özünüzün və sevdiklərinizin sağlamlığını düşünürsünüzsə, qucaqlaşın 🙂

Gununsesi.info