Qüdsdə ardıcıl partlayışlar - Terror, yoxsa...

Qüdsün girişində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu haqda “Kan” radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, 18 nəfər yaralanıb. Məlumatda qeyd olunur ki, yaralıların bəzilərinin vəziyyəti ağırdır.

İsrail ordusunun “Galei Tzahal” radiosunun məlumatına görə, partlayış avtobus dayanacağında dayanmış skuterdə baş verib. Bundan qısa müddət sonra Qüdsdəki Ramot keçidində daha bir partlayışın baş verməsi barədə xəbərlər yayılıb. Amma bu partlayışda heç kimin xəsarət almadığı da vurğulanır. Qalei Tsaxal qeyd edir ki, hər iki partlayışın səbəbləri araşdırılır.

“The Jerusalem Post” isə qeyd edir ki, polis hadisənin bir neçə versiyasını, o cümlədən terror aktını nəzərdən keçirir.

Aydan

Gununsesi.info