
“Ola bilər ki, Baş nazir Artur Rasizadənin yerinə başqası təyinat alsın”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli modern.az-a Baş nazir postunun ləğv ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib.
O, bildirib ki, Baş nazir postu Konstitusiya ilə müəyyən edilmiş vəzifədir: “Ola bilər ki, Baş nazirimiz Artur Rasizadənin yerinə başqası təyinat alsın. Çünki o, kifayət qədər yaşlıdır. Həm səhhəti, həm də yaşına görə, ola bilər ki, başqası ilə əvəz olunsun”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info











