Türkiyənin Rusiyadaki yeni səfiri bəlli oldu

  • By admin
  • 14 Oktyabr 2016 12:07

turk

Hüseyin Lazip Diriöz Türkiyənin Rusiyadakı yeni səfiri təyin olunub.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, 60 yaşlı Hüseyin Lazip Diriöz  Türkiyənin  ən təcrübəli  diplomatlarından biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. Bundan  əvvəl isə  NATO ilə əməkdaşlıq departamentinə rəhbərlik edib. Daha sonra  İctimaiyyətlə Əlaqələr və Media departamentinin başçısı olub.

H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı,  2013-cü ildən bəri isə Braziliyadakı səfiri vəzifəsini daşıyıb.

O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.

Gülnaz Qənbərli

Gununsesi.info