Qurban Qurbanovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib - FOTO

  • By admin
  • 04 Yanvar 2018 11:46

Bolqarıstanın MOİK klubunun fiziki hazırlıq üzrə məşqçisi Mario Mitov karyerasını “Qarabağ”da eyni vəzifədə davam etdirəcək.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

MOİK-in Akademiyasında fəaliyyət göstərən 24 yaşlı mütəxəssis həmyerlisi Çudomir Çakarovu əvəzləyəcək.

Qeyd edək ki, Çakarov Azərbaycan millisində Qurban Qurbanovun köməkçisi olacaq.

Gununsesi.info