Qurbanqulı Berdımuxamedov Azərbaycana rəsmi səfərə gələcək

  • Müəllif: admin
  • 05 Avqust 2017 09:10

qurbanqulu_berdimuhemmedov_080616

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu barədə “Türkmən Dövlət Xəbərləri” (TDX) informasiya agentliyi xəbər yayıb.

Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir.

Gununsesi.info