
“Quş qripi” təhlükəsi yenidən gündəmə gəlib.
Gununsesi.info-nun “Anayurt” qəzetinə istinadən xəbər verir ki, Avropanın bəzi ölkələrində “quş qripi” aşkarlanıb. Nəticədə Kanada, İsrail, Serbiya daxil bir çox ölkələr quş əti və yumurta məhsullarının idxalına məhdudiyyət tətbiq ediblər.
Məlumata görə, Macarıstan, Almaniya, Avstriya, Polşa, Hollandiya, Xorvatiya və Danimarkada quşçuluq fabrikdən götürülən nümunələrin müayinəsi zamanı “quş qripi” aşkar edilib. Hazırda “quş qripi” epidemiyas əlehinə kompleks tədbirlər həyata keçirilir, çox sayda ev quşları və yüz minlərlə yumurta məhv edilib.
Macarıstanın Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsinin verdiyi məlumata məlumata görə, ölkə üzrə 5 quşçuluq fabrikində “quş qripi” aşkarlanıb. “Quş qripi” virusu ilə əlaqədar çox sayda ev quşları məhv edilib.
Anar
Gununsesi.info