Qusarda 45 yaşlı kişi donaraq öldü

  • By admin
  • 24 Noyabr 2016 18:36

dondudca1ad16

 

Qusar rayonunda kişi meyiti tapılıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib.

Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəliblər.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info