Quzey Kıbrıs Türk Cümhuriyyəti üçün Kosovo-Tayvan modeli təklifi

  • By admin
  • 19 Mart 2024 15:51

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) üçün Kosovo və Tayvan modelində Avropa İttifaqı və üçüncü ölkələrlə ticarət əlaqələrinin qurulması gündəmə gətirilib.

Gununsesi.info xəbər verir ki, BMT və Qərb vasitəçiləri bu fikrə müsbət yanaşsalar da, yunanlar müqavimət göstərirlər.

Məlumata görə, KKTC prezidenti Ersin Tatar danışıqlar masasına oturmaq üçün KKTC-nin Kosovo və Tayvan modellərində olduğu kimi Aİ və üçüncü ölkələrlə ticarət əlaqələri qurmasına icazə verilməsini istəyib.

Yunanıstanın “Kathimerini” və “Fileleftheros” qəzetləri “Həlldən əvvəl Kosovo və Tayvan modelini istəyirlər” başlığı ilə xəbərlər dərc edərək, Türkiyə və KKTC-nin “suveren bərabərlik” adı altında KKTC-nin ayrı bir qurum olaraq tanınmasını tələb etdiklərini və ticarət edə bilməsi üçün beynəlxalq təşkilatlara üzvlüyünə yol açıldığını yazıb.

Hər iki qəzet bəyan edib ki, Ankara Kıbrıs məsələsi həll olunsa da, həll olunmasa da, Kıbrıs türklərinin “sabah” statusunu təmin etməyə çalışır.

Qəzetlərin yazdığına görə, Qərb vasitəçiləri Yunanıstan lideri Nikos Hristodulidisə “Bu, iki ayrı dövlət demək deyil” deyə, Türkiyənin tələblərini qəbul etməyi təklif edib.

Türkiyə və Yunanıstan liderləri ilə görüşlər keçirən, həmçinin zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərədə təmaslar keçirən BMT nümayəndəsi Maria Angela Holguin Cuellar, Hristodulidisdən “xoşməramlı jestlər” etməsini istəyib. Hristodulidis isə KKTC-yə “Kosovo və Tayvan” statusunun verilməsi ilə nəticələnəcək addımlara qəti şəkildə qarşı çıxıb.

 

Gununsesi.info