NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi – FOTO

  • By admin
  • 19 Mart 2024 16:25

NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşıb.

“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, – deyə o, bildirib.

Baş katib, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.

Gununsesi.info