Yağış, qar, şaxta… - Faktiki hava

Azərbaycanda müşahidə edilən fakitiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bəzi ərazilərə yağış, bəzilərinə qar yağır.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

 

 

Gununsesi.info