Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum etdi: 7 ölü, 12 yaralı

  • By admin
  • 17 Avqust 2017 07:51

qvataemala

Qvatemalada cinayətkar qruplaşmanın üzvləri həbsxanadan xəstəxanaya gətirilmiş rəhbərlərini qaçırmaq üçün müalicə müəssisəsinə hücum ediblər.

Gununsesi.info  Anadolu Agentliyinə istinadla bildirir ki, hadisə paytaxtdakı “Ruzvelt” xəstəxanasında baş verib. Cinayətkar qruplaşma üzvləri ətrafda olan insanlara atəş açıblar. Nəticədə 7 nəfər öldürülüb. Hücum zamanı 1-i uşaq olmaqla 12 nəfər xəsarət alıb. Uşağın vəziyyəti ağırdır.

Ölkə polisi hücumda iştirak etdiyi iddia olunan 5 nəfərin tutulduğunu, onların “Mara Salvatruca” cinayətkar qruplaşmasının üzvləri olduğunu açıqlayıb.

Gununsesi.info