Seriallardan qovulan məşhurlar

  • By admin
  • 17 Avqust 2017 07:30

Seriallara, filmlərə çəkilmək məşhurluq yolunda atılan önəmli addımlardan biridir. Bu sənət sahəsi əyləncəli, eyni zamanda yaxşı qazanc gətirən peşə olmaqla yanaşı, olduqca çətin və məsuliyyətlidir. Bəzən hər hansı bir aktyor, yaxud aktrisanın müəyyən problemlər səbəbindən işdən çıxarılması hallarına rast gəlinir.

Gununsesi.info seriallardan qovulan türk məhşurların siyahısını təqdim edir.

Su Kutlu

su-kutlu-roportaj

Bir zamanlar Türkiyə televiziyasında maraqla izlənən “Güzel köylü” adlı serialın heyətində iştirak edən Su Kutlunun gözə dəyməməsi uzun müddət söz-söhbətlərə səbəb olmuşdu. Sonradan bu barədə açıqlama verən rejissor aktrisanın davranışları səbəbindən onu serialdan uzaqlaşdırdığını bildirmişdi. Belə ki, Su Kutlu serial çəkimlərinin həyata keçirildiyi Muğla şəhərində barlara gedərək problemlər çıxarırmış. Rejissor serialın adına xələl gəlməməsi üçün bu addımı atıb.

 

Caner Kurtaran

caner

İllər əvvəl Türkiyə ilə yanaşı, ölkəmizdə də sevilərək izlənilən “Yaprak dökümü” serialının “Şevket”i Caner Kurtaran da serialdan qovulubmuş. Buna səbəb aktyorun narkotik istifadə etməsi olub. Kurtaran müalicə aldıqdan sonra “Aşk ve ceza” adlı serialda yeni işinə başlayıb.

 

Dağhan Külegeç

daghan

İzlənmə rekordu qıran “Kavak yelleri” serialının “Efe”si də işindən qovulan məşhurlar siyahısındadır. İddialara görə, Dağhan Külegeçin serialdan qovulmasına səbəb onun rejissor Jalə İncekol ilə kobud rəftarı olub. Aktyor isə bu iddiaları rədd edir.

 

Didem Erol

didem-erol-1751461

“Gonca karanfil” serialında iş təklifi alan Didem Erol elə ilk bölümdən qovulub. Buna səbəb aktrisanın yersiz kaprizləri olub. O, özünü Hollivud ulduzu hesab edir, ayrıca kulis tələb edir, eyni zamanda çəkimlərə gecikirmiş.

 

Hande Subaşı

hande

Bir zamanlar izlənmə rekordu qıran “Elveda Rumeli” serialının heyətində rol alan Hande Subaşının çəkimlərdən uzaqlaşdırılmasına aktrisanın anası səbəb olub. Belə ki, Hande Subaşının anası çəkimlərdə qızının yanında ayrılmır, hətta bəzi səhnələrə müdaxilə edirmiş. Aktrisa isə bu iddiaları rədd edir.

 

Nuranə Bağırova

nurane-bagirova

Türkiyədə “Göç zamanı” serialında iş təklifi alan həmyerlimiz Nuranə Bağırova sevişmə səhnəsinə çəkilməkdən imtina etdiyi üçün serial çəkimlərindən uzaqlaşdırılıb.

 

Selin Demiratar

selin_7173

Maraqla izlənən seriallardan biri olan “Adanalı”da rol alan Selin Demiratar da işindən uzaqlaşdırılıbmış. Buna səbəb aktrisanın kaprizləri olub. İddialara görə, Demiratar fərqli yeməklər tələb edir, çəkiliş yerlərini bəyənmir, eyni zamanda öz işinin öhdəsindən layiqincə gəlmirmiş. Aktrisa isə bu sözlərin yalan olduğunu və serialı özünün tərk etdiyini açıqlamışdı.

Gununsesi.info