“Rəcəb İvedik”dən Azərbaycanı təhqir edən səhnə çıxarıldı 

  • By admin
  • 18 Yanvar 2017 22:56

receb

 

“Rəcəb İvedik-5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı.

Gununsesi.info xəbər verir ki, bu barədə filmin rejissoru və Rəcəb İvedik rolunun ifaçısı Şahan Gökbakar özünün İnstaqram səhifəsindən video-məlumat paylaşıb. O, deyib ki, filmlərini gülmək və güldürmək üçün çəkir:

“Əgər təkcə bir azərbaycanlı qardaşımın qəlbinə toxunubsa, həmin fraqmenti sevə – sevə çıxardıram. Bununla da əsassız söz-söhbətə və bu filmin ətrafında çirkin oyun quranların oyunlarına son verirəm”.

Qeyd edək ki, “Rəcəb İvedik-5” adlı yeni filmin fraqmanında Azərbaycan bayraqlı bir idmançı Rəcəb İvedik tərəfindən yumruqla vurulur və sözün həqiqi mənasında, uçurdu. Bir çox Azərbaycanlı ziyalılar, o cümlədən Giresun universitetinin əski rektoru , professor Aygün Attar bu səhnəni Azərbaycana və onun bayrağına həqarət kimi qəbul etmişdi. Daha sonra bu etirazlara AKP millət vəkilləri və Türkiyənin vətənsevər insanları da qoşuldu. Məsələnin böyüməsi səbəbindən filmin yaradıcısı geriyə addım atmağa məcbur qaldı.

 

Gununsesi.info