Rəhman Rəhmanovun həbsdən çıxan oğlu ilk dəfə efirdə - VİDEO

  • By admin
  • 19 Dekabr 2017 17:50

Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan “Günə son” proqramına danışıb.

Gununsesi.info xəbər verir ki, sevincini gizlətməyən əməkdar artist sözlərini bu cür ifadə edib:

“Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildir, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar”.

Daha sonra gənc müğənni azadlığa çıxdıqdan sonra fikirlərini ilk dəfə “Günə son” proqramına bölüşüb: “1 ay qalmışdı çıxmağıma. Ədliyyə işçiləri sağ olsunlar. Şəxsən Rauf müəllim sağ olsun. Atamın sənətinə, incəsənətə hörmət edən insanlardı. O insan özü dedi ki, istəyirəm Rəhman müəllimə sürpriz edim. Heç nə demə, məhkəmənin qərarı ilə səni buraxıram. Axşam tərəfi də gəldim. Heç özüm də gözləmirdim”.

Gununsesi.info