Rəqqasə itinə 1500 manatlıq dərman alır

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 19:00

579391

Rəqqasə Aytən Əliyeva itinə xərclədiyi məbləği açıqlayıb.

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, sənətçi “Səhər-səhər” verilişində bildirib ki, itin tüklərinin kəsilməzi çox bahadır:

“İtimə ayda 200-300 manat xərcləyirəm. Xəstə olanda məbləğ daha çox olur. Tüklərinin kəsilməsi isə daha bahadır. Bundan başqa Mərdəkanda saxlanılan itlərə hər dəfə 1500 manatlıq dərman alıram. Bir dərmanın qiyməti 70 manatdır, tapılmır”.

Gununsesi.info