Təyyarə qəzasında ölən şəxsin cənazəsi Azərbaycana yola salındı

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 19:19

teyyare

Livanda qəza nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir.

Gununsesi.info