600-ə yaxın aviareys təxirə salındı

  • By admin
  • 08 Sentyabr 2017 19:30

teyyare

ABŞ-ın Mayami şəhərində “İrma” qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki,  Mayamidən uçması planlaşdırılan 247 reys və şəhərə gəlməli olan 317 reys təxirə salınıb. Daha 27 reysin isə yubanması barədə məlumat verilib.

Bundan başqa, qasırğa ilə əlaqədar Rusiyanın “Aeroflot” aviaşirkəti də 4 reysi təxirə salıb. Bu, ABŞ-ın Mayami şəhərinə və Kubanın paytaxtı Havanaya, eləcə də əks istiqamətdə uçuşlara aiddir.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində böyük dağıntılara səbəb olan və hazırda Florida ştatına yaxınlaşan qasırğa azı 16 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info