
ABŞ-ın Oqayo ştatının Kolambus şəhərində orta məktəbdə atışma baş verib.
Axar.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 08:30 baş verib. Məktəb ərazisində atışma hadisəsi barədə polis şöbəsinə məlumat daxil olub. Məktəbdə fövqəladə vəziyyət elan olunub.
ABŞ polisi şübhəli şəxsi yaxalayıb və silahı ondan alıblar. Hadisə nəticəsində heç kim zərər görməyib.
Gununsesi.info