Rəqs videoları yayılan baş nazirin narkotik testi mənfi çıxdı

  • By admin
  • 22 Avqust 2022 20:49

Finlandiyanın Baş naziri Sanna Marinin keçən həftə dostları ilə birgə rəqs etdiyi videoların yayılmasından sonra verdiyi narkotik testinin nəticəsi mənfi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş nazir hüquqi müdafiə üçün narkotik testi verdiyini açıqlayıb. Nəticələrin bir həftə sonra çıxacağını qeyd edən Marin dostları ilə spirtli içki qəbul etdiyini, lakin narkotikdən istifadə etmədiyini deyib.

Marin həftəsonu rəsmi görüşünün olmadığını, sadəcə dostları ilə vaxt keçirdiyini və qanunsuz heç bir şey etmədiyini söyləyib.

Gununsesi.info