Şimali İrlandiya ilə görüşdən sonra millimizin kapitanı Rəşad Sadıqov kədərlənib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli kapitan məhz bu səbəbdən oyunla bağlı lakonik açıqlamayla kifayətlənib.
Sadıqov acı məğlubiyyət haqda bunları deyib: “Çox danışa bilməyəcəm. Məni düzgün başa düşün. Azərbaycan futbol tarixinin ən vacib oyunu idi. Bəlkə də ən yaxşı oyunumuzu keçirdik. Ancaq eyni zamanda ən üzücü məğlubiyyəti aldıq. Başqa heç nə deyə bilmərəm”.
Gununsesi.info









