Rəşid Behbudovun vəfatının 27-ci ildönümüdür

  • By admin
  • 09 İyun 2016 16:10
Rashid Behbudob
Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Əməkdar İncəsənət Xadimi Rəşid Behbudovun vəfatının 27-ci ildönümü münasibətilə onun məzarı ziyarət olunub. Gununsesi.info-nun məlumatına görə, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Gülnaz Qənbərli