“Rəvan” U-11 qızlar Liqasının qalibi olub - FOTO

  • By admin
  • 21 Aprel 2017 10:10

revan
AFFA-nın Futbol Akademiyasının meydançasında U-11 qızlar Liqasının final oyunu keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, “Zığ” və “Rəvan” komandaları arasında keçirilmiş qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Rəvan” yarışın qalibi olub. “Zığ” ikinci , “Gömrükçü” isə üçüncü pilləni tutub.

Yarışın ən yaxşı oyunçusu adına “Fidan”dan Zəhra Piriyeva layiq görülüb. Liqanın bombardiri rəqib qapılarından 19 qol keçirən Safura Xəlilova (“Rəvan”) olub.

Anar
Gununsesi.info