Nazir: “Moskva Ankara arasında hərbi əlaqələri işnkişaf etdirəcək”

  • By admin
  • 01 İyul 2016 16:06

gorus

 

 

Rusiya və Türkiyə hərbi sahədə əlaqələrini inkişaf etdirəcək. Gununsesi xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunları ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Türkiyə münasibətləri həmçinin digər hərbi sahədə də inkişaf edəcək. “Rusiyanın hava-kosmik qüvvələrinin Suriyada iştirakı nəzərə alaraq biz əməkdaşlıq edəbilərik. Türkiyədə ABŞ-ın Suriyada rəhbəri olduğu koalisiyanın tərkibindədir. Bizim bu sahədə əməkdaşlıq etməyimiz üçün yaxşı imkan var”, deyə S. Lavrov vurğulayıb.

S.Lavrov onu da deyib ki, Rusiya ilə Türkiyə terrorizmə qarşı birgə mübarizə aparmaq üçün yaradılan İşçi qrup fəaliyyətini bərpa etmək barədə razılığa gəlinib. “ Bu İşçi qrupa Xarici işlər nazirliyinin və xüsusi xidmət orqanlarının əməkdaşları daxildir. Bu İşçi qrup da son 7 ayda fəaliyyətini dondurmuşdu. Ancaq bu gün bu İşçi qrupun fəaliyyətini bərpa etmək barədə razlığa gəldik”, -nazir bildirib.

Suriya məsələsində əməkdaşlıq məsələsinə toxunun nazir deyib ki, Moskva və Ankara Suriya məsələsində praktik nəticələrin əldə edilməsi sahəsində sıx əməkdaşlıq edə bilər. Lavrov eyni zamanda terrorçu təşkilatlara qarşı birgə mübarizə aparmaq məsələsində də mövqelərinin uzlaşdığını dilə gətirib.