Ramil Usubov general oğluna vəzifə verdi

  • Müəllif: admin
  • 14 Mart 2017 20:18

ramil-usubov146-300x197

 

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi polkovnik-leytenant Turab Paşayev vəzifəsindən azad edilərək Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi təyin olunub.

Musavat.com-un məlumatına görə, Turab Paşayev general-mayor Şahmar Paşayevin oğludur. Şahmar Paşayev uzun müddət daxili işlər orqanlarında işləyib, hazırda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

 

Gununsesi.info