Sevgilisini öldürən, cəsədini itlərə yedizdirən futbolçu azadlıqda - VİDEO

  • Müəllif: admin
  • 14 Mart 2017 20:30

sevgilisinin cesedi

Sevgilisini boğaraq öldürən və cəsədini itlərə yedizdirən futbolçu Bruno Fernandes futbola geri dönür.

Gununsesi.info-nun “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 2010-cu ildə bu dəhşətli qətli törədərkən “Flamenqo”nun formasını geyinən və dünya çempionatında Braziliya millisinin qapısını qorumağa ən real namizəd hesab olunan Bruno Fernandes 22 il azadlıqdan məhrum edilmişdi.

Bu günlərdə isə prokuror futbolçunun daha öncə cinayət törətməməsini və sabit adresdə yaşayaraq, sabit işinin olmasını nəzərə alaraq 7 illik həbs həyatından sonra onun azadlığa buraxılmasına qərar verib.

Qəzetin yazdığına görə, artıq azadlığa çıxan Bruno Fernandes üçün meneceri klub axtarmağa başlayıb. Bildirilir ki, artıq bir çox Braziliya klubu onunla maraqlanır. Qeyd olunur ki, üzümüzə gələn həftə Fernandesin oynayacağı klub bəlli olacaq.

https://www.youtube.com/watch?v=ILh3fwkL5iM

Gununsesi.info