Ramil Usubov iki rayonun polis rəisini dəyişdi - YENİ TƏYİNAT

  • Müəllif: admin
  • 20 Dekabr 2017 14:58
Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.
Gununsesi.info